​Bakıda qaynını bıçaqlayan şəxsə hökm oxunub

​Bakıda qaynını bıçaqlayan şəxsə hökm oxunub O, 14 il müddətinə azadlıqdan məhrum edilib
Hadisə
26 Aprel , 2016 16:27
​Bakıda qaynını bıçaqlayan şəxsə hökm oxunub

Bakı. 26 aprel. REPORT.AZ/ Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməyə cəhd etməkdə təqsirləndirilən 1978-ci il təvəllüdlü Ağakişi Rəhman oğlu Hüseynovun cinayət işi üzrə məhkəmə başa çatıb.

"Report"un məlumatına görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə A.Hüseynov 14 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, cinayət hadisəsi 2015-ci ilin iyul ayında Qobustan qəsəbəsində baş verib. Bakı şəhər sakini, 1978-ci il təvəllüdlü A.Hüseynov ailə münaqişəsi zəminində qaynı Bəxtiyar Tofiq oğlu Mahmudova çiyin nahiyəsindən çoxsaylı bıçaq xəsarəti yetirməklə öldürməyə cəhd edib. B.Mahmudov ağır bədən xəsarəti ilə Bakı 1 saylı Kliniki Tibbi Mərkəzinə yerləşdirilib. Qaradağ Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində A.Hüseynov tutulub.

O, Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd, yəni digər şəxsi qəsdən həyatdan məhrum etməyə cəhd) maddələri ilə ittiham olunub.

Son xəbərlər

Orphus sistemi