​Bakıda qardaşını qətlə yetirən şəxsin cinayət işinin ibtidai istintaqı başa çatıb

​Bakıda qardaşını qətlə yetirən şəxsin cinayət işinin ibtidai istintaqı başa çatıb İş hakim Zeynal Ağayevin icraatına verilib
Hadisə
8 İyul , 2016 10:09
​Bakıda qardaşını qətlə yetirən şəxsin cinayət işinin ibtidai istintaqı başa çatıb

Bakı. 8 iyul. REPORT.AZ/ Bakıda qardaşını qətlə yetirən şəxsin cinayət işinin ibtidai istintaqı başa çatıb.

"Report"un məlumatına görə, Elxan Həbibovun cinayət işinin ibtidai istintaqı Nərimanov Rayon Prokurorluğunda araşdırılaraq Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş hakim Zeynal Ağayevin icraatına verilib. Cinayət işi üzrə məhkəmənin vaxtı yaxın günlərdə bəlli olacaq.

Qeyd edək ki, hadisə Nərimanov rayonu ərazisində, Aşıq Alı küçəsi 3 ünvanında baş verib. 45 yaşlı E.Həbibov yaşadıqları binanın həyətində qardaşı, 43 yaşlı Əbülfət Həbibovla mübahisə edib.

Mübahisə zamanı E.Həbibov üzərində gəzdirdiyi bıçaqla qardaşına bir neçə zərbə endirib. O, Ə.Həbibovun başına armatur parçası ilə də dəfələrlə zərbə vurub. Nəticədə 43 yaşlı Ə.Həbibov hadisə yerində dünyasını dəyişib.

Qardaşını amansızlıqla qətlə yetirən E.Həbibov saxlanılıb. Nərimanov Rayon Prokurorluğunda faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Prokurorluqdan, həmçinin E.Həbibovun ruhi xəstə olduğu bildirilib. Onun qətlə yetirdiyi qardaşının da psixi problemləri olub. Həmin şəxslərin bir qardaşı bir neçə il əvvəl özünü yaşadıqları mənzilin eyvanından ataraq intihar edib.

Son xəbərlər

Orphus sistemi