Bakıda qardaşını öldürən şəxs məhkəməyə müraciət edib

Bakıda qardaşını öldürən şəxs məhkəməyə müraciət edib İşə hakim Qədim Babayevin sədrliyi ilə baxılacaq
Hadisə
3 Sentyabr , 2016 14:19
Bakıda qardaşını öldürən şəxs məhkəməyə müraciət edib

Bakı. 3 sentyabr. REPORT.AZ/ Bakıda qardaşını qətlə yetirməkdə təqsirləndirilən Elxan Həbibov barəsində olan hökmdən apellyasiya şikayəti verib.

"Report"un məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində keçiriləcək hazırlıq iclası sentyabrın 8-nə təyin edilib.

İşə hakim Qədim Babayevin sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, hadisə ötən il Nərimanov rayonu ərazisində, Aşıq Alı küçəsi 3 ünvanında baş verib. 45 yaşlı E.Həbibov yaşadıqları binanın həyətində qardaşı, 43 yaşlı Əbülfət Həbibovla mübahisə edib. Mübahisə zamanı E.Həbibov üzərində gəzdirdiyi bıçaqla qardaşına bir neçə zərbə endirib. O, Ə.Həbibovun başına armatur parçası ilə də dəfələrlə zərbə vurub. Nəticədə 43 yaşlı Ə.Həbibov hadisə yerində dünyasını dəyişib. Qardaşını amansızlıqla qətlə yetirən E.Həbibov saxlanılıb. Nərimanov Rayon Prokurorluğunda faktla bağlı Cinayət Məcəlləsinin cinayət işi başlanılıb. Prokurorluqdan, həmçinin E.Həbibovun ruhi xəstə olduğu bildirilib. Onun qətlə yetirdiyi qardaşının da psixi problemləri olub. Həmin şəxslərin daha bir qardaşı isə bir neçə il əvvəl özünü yaşadıqları mənzilin eyvanından ataraq intihar edib.

E.Həbibov Cinayət Məcəlləsinin 120.2.2-ci (qəsdən adam öldürmə, xuliqanlıq niyyəti ilə adam öldürmə) və 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla) maddələri ilə ittiham olunub.

Bu il iyul ayının 22-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə E.Həbibov 16 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkumun müdafiəçisi Günay Hacıyeva apellyasiya şikayəti verib.

Son xəbərlər

Orphus sistemi