Bakıda qardaş qardaşı bıçaqlayıb

Bakıda qardaş qardaşı bıçaqlayıb Faktla bağlı hüquq-mühafizə orqanları araşdırma aparır
Hadisə
16 Fevral , 2016 16:21
Bakıda qardaş qardaşı bıçaqlayıb

Bakı. 16 fevral. REPORT.AZ/ Bakıda qardaş qardaşı bıçaqlayıb. “Report” xəbər verir ki, hadisə Aşıq Qərib küçəsi, ev 27 ünvanında qeydə alınıb. 1981-ci il təvəllüdlü Kamran İskəndərov özündən 4 yaş kiçik qardaşı Rəcəbin qarın nahiyəsinə mətbəx bıçağı ilə xəsarət yetirib.

R.İskəndərov xəstəxanaya yerləşdirilib. Hazırda onun vəziyyəti qənaətbəxşdir.

Faktla bağlı hüquq-mühafizə orqanları araşdırma aparır.

Son xəbərlər

Orphus sistemi