​Bakıda qar səbəbindən yolda qalan 10 nəfər xilas edilib

​Bakıda qar səbəbindən yolda qalan 10 nəfər xilas edilib Hökməlidə 3 avtomobil yoldan kənara çıxıb
Hadisə
22 Fevral , 2015 00:48
​Bakıda qar səbəbindən yolda qalan 10 nəfər xilas edilib

Bakı. 22 fevral. REPORT.AZ/ Qarlı hava şəraiti səbəbindən Abşeron rayonunun Hökməli qəsəbəsində 3 avtomobil əsas yoldan kənara çıxıb.

“Report” Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, qurumun “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, nəticədə 10 nəfər köməksiz vəziyyətdə qalıb.

Dərhal hadisə yerinə cəlb olunmuş xilasedicilər avtomobilləri yola çıxarıb və vətəndaşları xilas ediblər.

Son xəbərlər

Orphus sistemi