​Bakıda qanunsuz ət satışı ilə məşğul olmaqda təqsirləndirilən şəxslərin məhkəməsi başlayıb

​Bakıda qanunsuz ət satışı ilə məşğul olmaqda təqsirləndirilən şəxslərin məhkəməsi başlayıb Məhkəmənin baxış iclası iyulun 15-nə təyin edilib
Hadisə
11 İyul , 2016 17:21
​Bakıda qanunsuz ət satışı ilə məşğul olmaqda təqsirləndirilən şəxslərin məhkəməsi başlayıb

Bakı. 11 iyul. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qanunsuz ət satışı ilə məşğul olmaqda təqsirləndirilən Sərdar Şahverdiyev və Alıbəy Rzaxanovun cinayət işi üzrə məhkəmənin ilkin hazırlıq iclası keçirilib.

"Report"un məlumatına görə, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası iyulun 15-nə təyin edilib.

Qeyd edək ki, ittiham aktına əsasən, təqsirləndirilən şəxslər Bakıda qanunsuz ət satışı ilə məşğul olmaqda təqsirli bilinərək polis əməkdaşları tərəfindən saxlanılıb.

S.Şahverdiyev və A.Rzaxanov Cinayət Məcəlləsinin 200.2.2-ci (istehlakçıları aldatma və ya pis keyfiyyətli məhsul istehsal etmə və satma, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 200.2.3-ci (istehlakçıları aldatma və ya pis keyfiyyətli məhsul istehsal etmə və satma, külli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, bu məcəllənin 308.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməllər ağır nəticələrə səbəb olduqda və ya seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədildikdə) maddələri ilə ittiham olunurlar.

Son xəbərlər

Orphus sistemi