Bakıda qanunsuz ət satışı ilə məşğul olmaqda təqsirləndirilən şəxslər özlərini günahkar saymır

Bakıda qanunsuz ət satışı ilə məşğul olmaqda təqsirləndirilən şəxslər özlərini günahkar saymır Sərdar Şahverdiyev, Alıbəy Rzaxanov və Tamerlan Abdullayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib
Hadisə
15 İyul , 2016 17:59
Bakıda qanunsuz ət satışı ilə məşğul olmaqda təqsirləndirilən şəxslər özlərini günahkar saymır

Bakı. 15 iyul. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qanunsuz ət satışı ilə məşğul olmaqda təqsirləndirilən Sərdar Şahverdiyev, Alıbəy Rzaxanov və Tamerlan Abdullayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

"Report"un məlumatına görə, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.

Təqsirləndirilən şəxslərin heç biri özünü təqsirli bilməyib.

Məhkəmənin növbəti iclası iyulun 26-na təyin edilib.

Qeyd edək ki, Sərdar Şahverdiyev, Alıbəy Rzaxanov və Tamerlan Abdullayev Bakıda qanunsuz ət satışı ilə məşğul olmaqda təqsirli bilinərək polis əməkdaşları tərəfindən saxlanılıb.

Onlar Cinayət Məcəlləsinin 200.2.2-ci (istehlakçıları aldatma və ya pis keyfiyyətli məhsul istehsal etmə və satma, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 200.2.3-ci (istehlakçıları aldatma və ya pis keyfiyyətli məhsul istehsal etmə və satma, külli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, bu məcəllənin 308.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməllər ağır nəticələrə səbəb olduqda və ya seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədildikdə) maddələri ilə ittiham olunurlar.

Xatırladaq ki, T.Abdullayev barəsində həbs qətimkan tədbiri seçilməyib. O, zamindədir.

Son xəbərlər

Orphus sistemi