Bakıda qadınların çantasını götürüb qaçan şəxs tutulub

Bakıda qadınların çantasını götürüb qaçan şəxs tutulub Faktla bağlı araşdırmalar davam etdirilir
Hadisə
23 Sentyabr , 2015 11:02
Bakıda qadınların çantasını götürüb qaçan şəxs tutulub

Bakı. 23 sentyabr. REPORT.AZ/ Bakıda qadınların çantasını götürüb qaçan 31 yaşlı şəxs tutulub.

Bu barədə “Report”a Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) mətbuat xidmətindən məlumat verilib.

Belə ki, Nərimanov Rayon Polis İdarəsinin (RPİ) 16-cı Polis Bölməsi (PB) əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, sentyabrın 22-də Çəmənzəminli küçəsində yerləşən marketdə Bakı şəhər sakini Lena Əsgərovaya məxsus, içərisində 253 manat olan əl çantasını piştaxtanın üzərindən götürüb qaçan Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş 1984-cü il təvəllüdlü Ramiz Məhərrəmov tutulub. Müəyyən edilib ki, o sentyabrın 17-də F.X.Xoyski küçəsində Bakı şəhər sakini Firuzə Süleymanzadənin əlindən içərisində pul, bankomat və metro kartı olan çantasını alıb qaçıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Son xəbərlər

Orphus sistemi