Bakıda qadının pulunu dələduzluqla mənimsəyən şəxs saxlanılıb

Bakıda qadının pulunu dələduzluqla mənimsəyən şəxs saxlanılıb Faktla bağlı araşdırmalar aparılır
Hadisə
20 Dekabr , 2014 11:59
Bakıda qadının pulunu dələduzluqla mənimsəyən şəxs saxlanılıb

Bakı. 20 dekabr. REPORT.AZ/  Bakıda qadının pulunu dələduzluqla mənimsəyən şəxs saxlanılıb. Bu barədə "Report"a bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən məlumat verilib.

Belə ki, Nizami Rayon Polis İdarəsi 25-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, Bakı şəhər sakini Əsmətxanım Babayevanın 435 manat pulunu dələduzluq yolu ilə mənimsəməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunan 1983-cü il təvəllüdlü Fuad Mahmudov tutulub.

Faktla bağlı araşdırmalar aparılır.

Son xəbərlər

Orphus sistemi