Bakıda qadının mənzilinə basqın olub, ev sahibi bıçaqlanıb

Bakıda qadının mənzilinə basqın olub, ev sahibi bıçaqlanıb Binəqədi Rayon Polis İdarəsində faktla bağlı əməliyyat-axtarış tədbirləri aparılır
Hadisə
28 İyul , 2016 12:37
Bakıda qadının mənzilinə basqın olub, ev sahibi bıçaqlanıb

Bakı. 28 iyul. REPORT.AZ/ Bakıda mənzilə basqın edən şəxs ev yiyəsini bıçaqlayıb.

"Report" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin rəsmi saytı məlumat yayıb.

Məlumata görə, iyulun 27-də Binəqədi rayonu ərazisində yaşayan İradə Hüseynovanın mənzilinə aldatma yolu ilə girmiş naməlum şəxs ona bıçaqla xəsarət yetirib oradan 110 manat pul aparıb.

İ.Hüseynova xəstəxanaya yerləşdirilib.

Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri ilə hadisənin Bakı şəhər sakini Samir Rəşidov tərəfindən törədilməsi müəyyən edilib.

Binəqədi Rayon Polis İdarəsində faktla bağlı əməliyyat-axtarış tədbirləri aparılır.

Son xəbərlər

Orphus sistemi