Bakıda qadının mənzilindən 17 min dollar pul və 25 min dollarlıq qızıl oğurlanıb

Bakıda qadının mənzilindən 17 min dollar pul və 25 min dollarlıq qızıl oğurlanıb Faktla bağlı polis əməkdaşları tərəfindən istintaq aparılır
Hadisə
29 Avqust , 2016 16:26
Bakıda qadının mənzilindən 17 min dollar pul və 25 min dollarlıq qızıl oğurlanıb

Bakı. 29 avqust. REPORT.AZ/ Bakı şəhərində mənzildən külli məbləğdə pul və qızıl-zinyət əşyaları oğurlanıb.

“Report”un xəbərinə görə, hadisə paytaxtın Səbail rayonu, Ü.Hacıbəyov küçəsi ev 21 ünvanında qeydə alınıb.

Həmin evdə yaşayan 1980-cı il təvəllüdlü Leyla Abdullayevanın mənzilindən açıq pəncərədən keçməklə 17 000 ABŞ dolları və 25 000 ABŞ dolları dəyərində qızıl-zinyət əşyaları oğurlanıb.

Faktla bağlı polis əməkdaşları tərəfindən istintaq aparılır.

Son xəbərlər

Orphus sistemi