Bakıda qadının əl çantasından oğurluq edilib

Bakıda qadının əl çantasından oğurluq edilib Saxlanılan şəxs barəsində cinayət işi başlanılıb və o istintaqa təqdim olunub.
Hadisə
21 Noyabr , 2014 13:33
Bakıda qadının əl çantasından oğurluq edilib

Bakı. 21 noyabr. REPORT.AZ/ Bakıda qadının əl çantasından oğurluq edilib. Bu barədə "Report"a Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) mətbuat xidmətindən məlumat verilib.

Naməlum şəxs Keşlə qəsəbəsi M.Ağayev küçəsində yerləşən yeməkxanada Bakı şəhər sakini Xariqə Babayevanın əl çantasından 1165 manat pulunu oğurlayıb. Nizami Rayon Polis İdarəsi 23-cü Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətdə şübhəli bilinən İmişli rayon sakini 1984-cü il təvəllüdlü Səbuhi İsayev tutulub.

Saxlanılan şəxs barəsində cinayət işi başlanılıb və o, istintaqa təqdim olunub.

Son xəbərlər

Orphus sistemi