​Bakıda qadını xüsusi amansızlıqla öldürən şəxsin şikayətinə baxılıb

​Bakıda qadını xüsusi amansızlıqla öldürən şəxsin şikayətinə baxılıb Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılıb
Hadisə
30 Mart , 2016 08:36
​Bakıda qadını xüsusi amansızlıqla öldürən şəxsin şikayətinə baxılıb

Bakı. 30 mart. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində qadına 15 bıçaq vuraraq öldürməkdə təqsirləndirilən Əmri Süleymanov barəsində olan hökmdən verilmiş apellyasiya şikayəti üzrə məhkəmə başa çatıb.

"Report"un məlumatına görə, hakim Əmir Bayramovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılıb. Ə.Süleymanovun apellyasiya şikayəti təmin edilməyib.

Qeyd edək ki, hadisə 2015-ci il fevralın 13-də baş verib. Bakının Buzovna qəsəbəsində, dəniz qırağında Oğuz rayonunda qeydiyyatda olan, Аbşеrоn rаyоnu, Mаsаzır qəsəbəsində yаşаyаn, 1968-ci il təvəllüdlü Rzayeva Xatirə Saməddin qızının üzərində 15 bıçaq zərbəsi aşkarlanan meyiti tapılıb. İlkin istintaq zamanı müəyyən olunub ki, X.Rzayeva yüngül həyat tərzi keçirib. Aparılan əməliyyat-istintaq tədbirləri nəticəsində cinayəti Əmri Süleymanovun törətdiyi məlum olub. Lakin qətl törədən şəxs hadisədən sonra Azərbaycandan qaçıb. Fevralın 17-də isə Ə.Süleymanov Rusiyanın paytaxtı Moskvada qatardan düşən kimi saxlanılıb. Daha sonra Rusiya hüquq-mühafizə orqanları X.Rzayevanı öldürən şəxsi Azərbaycana təhvil verib.

Ə.Süleymanov Cinayət Məcəlləsinin 120.2.4-cü (qəsdən аdаm öldürmə, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 120.2.11-ci (qəsdən аdаm öldürmə, quldurluq, hədə-qorxu ilə tələb etmə, terrorçuluq və ya banditizmlə əlaqədar adam öldürmə), 181.3.3-cü (quldurluq, zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla törədildikdə) maddələri ilə ittiham olunub.

Bu il yanvar ayının 29-da Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ə.Süleymanov 19 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.

Son xəbərlər

Orphus sistemi