Bakıda qadını tüfənglə hədələyən şəxs saxlanılıb

Bakıda qadını tüfənglə hədələyən şəxs saxlanılıb İsimxan Əliyevdən hadisədə istifadə etdiyi "Striker" markalı tir tüfəngi götürülüb
Hadisə
16 May , 2016 11:50
Bakıda qadını tüfənglə hədələyən şəxs saxlanılıb

Bakı. 16 may. REPORT.AZ/ Bakıda mağazada işləyən qadını tüfənglə hədələyən şəxs tutulub.

"Report" Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, mayın 13-də Xəzər rayonunun Zirə qəsəbə sakini Şəfa Əkbərova 1-ci Polis Bölməsinə müraciət edərək həmin gün işlədiyi mağazada İsmixan adlı şəxsin tüfənglə onu öldürəcəyi ilə hədələməsini bildirib.

Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən Bakı şəhər sakini İsimxan Əliyev saxlanılıb, hadisədə istifadə etdiyi "Striker" markalı tir tüfəngi götürülüb.

Faktla bağlı araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi