Bakıda qadını şantaj edən şəxs pul alarkən tutulub

Bakıda qadını şantaj edən şəxs pul alarkən tutulub Faktla bağlı araşdırma aparılır
Hadisə
22 Avqust , 2015 14:57
Bakıda qadını şantaj edən şəxs pul alarkən tutulub

Bakı. 22 avqust. REPORT.AZ/ Bakı sakini şantaj vasitəsilə pul alarkən tutulub. "Report"un xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytı məlumat yayıb.

Məlumata görə, Bakı şəhər sakini Məhəmməd Mütəllimzadə həmyerlisi L.Abdullayevanı barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələyib, ondan 1500 manat alarkən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən tutulub.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi