​Bakıda qadını döyərək öldürməkdə təqsirləndirilən şəxsin şikayəti əsasında məhkəmə başlayıb

​Bakıda qadını döyərək öldürməkdə təqsirləndirilən şəxsin şikayəti əsasında məhkəmə başlayıb Məhkəmənin növbəti prosesi avqustun 1-nə təyin edilib
Hadisə
19 İyul , 2016 09:48
​Bakıda qadını döyərək öldürməkdə təqsirləndirilən şəxsin şikayəti əsasında məhkəmə başlayıb

Bakı. 19 iyul. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Elnur İsmayılov barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb.

“Report”un xəbərinə görə, hakim Vaqif Mursaqulovun sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin növbəti prosesi avqustun 1-nə təyin edilib.

Qeyd edək ki, hadisə bu il aprel ayının 17-də Suraxanı rayonunun Bülbülə qəsəbəsində baş verib. Qəsəbədə yaşayan Çiçək Alıyevanı Şabran rayon sakini, əvvəllər məhkum olunmuş Elnur İsmayılov mənzilində döyərək qətlə yetirib. Hadisədən 13 gün sonra E.İsmayılov Şabran Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə E.İsmayılov 13 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.

Son xəbərlər

Orphus sistemi