​Bakıda qadını döyərək öldürən şəxs məhkəməyə müraciət edib

​Bakıda qadını döyərək öldürən şəxs məhkəməyə müraciət edib Bakı Apellyasiya Məhkəməsində keçiriləcək ilkin hazırlıq iclası iyulun 18-nə təyin edilib
Hadisə
16 İyul , 2016 17:00
​Bakıda qadını döyərək öldürən şəxs məhkəməyə müraciət edib

Bakı. 16 iyul. REPORT.AZ/ Bakıda qətl törətməkdə təqsirləndirilən Elnur İsmayılov barəsinə olan hökmdən apellyasiya şikayəti verib.

“Report”un məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində keçiriləcək ilkin hazırlıq iclası iyulun 18-nə təyin edilib.

İşə hakim Vaqif Mursaqulovun sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, hadisə bu il aprel ayının 17-də Suraxanı rayonunun Bülbülə qəsəbəsində baş verib. Qəsəbədə yaşayan Çiçək Alıyevanı Şabran rayon sakini, əvvəllər məhkum olunmuş Elnur İsmayılov mənzilində döyərək qətlə yetirib. Hadisədən 13 gün sonra E.İsmayılov Şabran Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə E.İsmayılov 13 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.

Son xəbərlər

Orphus sistemi