Bakıda qadını avtomobillə vuraraq qaçan sürücü tutulub

Bakıda qadını avtomobillə vuraraq qaçan sürücü tutulub Faktla bağlı araşdırmalar davam etdirilir
Hadisə
12 Avqust , 2015 14:01
Bakıda qadını avtomobillə vuraraq qaçan sürücü tutulub

Bakı. 12 avqust. REPORT.AZ/ Bakıda qadını avtomobillə vuraraq qaçan sürücü tutulub. “Report”un xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytı məlumat yayıb.

Belə ki, Nərimanov Rayon Polis İdarəsinin (RPİ) 18-ci Polis Bölməsi (PB) əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə avqustun 10-da Dilruba Həşimovanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsinin “Mercedes” markalı avtomobilin sürücüsü - Xaçmaz rayon sakini Samir Kərimov tərəfindən törədilməsi müəyyən edilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Son xəbərlər

Orphus sistemi