Bakıda qadından külli miqdarda narkotik vasitə götürülüb

Bakıda qadından külli miqdarda narkotik vasitə götürülüb Narkotik vasitəni əldə etdiyi mənbə araşdırılır
Hadisə
20 Noyabr , 2014 11:59
Bakıda qadından külli miqdarda narkotik vasitə götürülüb
Bakı. 20 noyabr. REPORT.AZ/ Bakıda qadından külli miqdarda narkotik vasitə götürülüb. Bu barədə "Report"a Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) mətbuat xidmətindən məlumat verilib. Binəqədi Rayon Polis İdarəsi Narkotiklə Mübarizə Bölməsi, 4-cü Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, Abşeron rayon sakini Teymur Orucova məxsus “Mercedes” markalı avtomobildən Yevlax rayon sakini, 1975-ci il təvəllüdlü Nəzakət Məmmədovaya məxsus 450 qram qurudulmş marixuana və 99,688 qram tiryək aşkar olunaraq götürülüb. Hər iki şəxs saxlanılaraq istintaqa təqdim olunub. Onların narkotik vasitəni əldə etdiyi mənbə araşdırılır.

Son xəbərlər

Orphus sistemi