Bakıda qadına "səni rüsvay edərəm" deyən kişi tutulub

Bakıda qadına "səni rüsvay edərəm" deyən kişi tutulub Faktla bağlı araşdırma aparılır
Hadisə
9 Yanvar , 2015 14:16
Bakıda qadına səni rüsvay edərəm deyən kişi tutulub

Bakı. 9 yanvar. REPORT.AZ/ Bakıda qadını şantaj edən kişi tutulub. “Report” DİN-in saytına istinadən xəbər verir ki, əməliyyat-axtarış tədbirlərini Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları həyata keçirib.

Nəticədə, Bakı şəhər sakini Günel Cavadovanı barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələyib ondan 3000 manat alarkən paytaxt sakini Elmir Məmmədov tutulub.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi