Bakıda qadına qarşı dələduzluq edən lombard işçisinə hökm oxunub

Bakıda qadına qarşı dələduzluq edən lombard işçisinə hökm oxunub O, 9 il müddətinə azadlıqdan məhrum edilib
Hadisə
31 Avqust , 2016 16:40
Bakıda qadına qarşı dələduzluq edən lombard işçisinə hökm oxunub

Bakı. 31 avqust. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Azər Sevindik oğlu Şıxverdiyevin cinayət işi üzrə məhkəməsi başa çatıb.

"Report"un məlumatına görə, hakim Mayıl Bayramovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə A.Şıxverdiyev 9 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Bakı şəhər sakini, 1971-ci il təvəllüdlü Lalə Saleh qızı İbrahimova polisə ərizə ilə müraciət edərək bildirib ki, Yasamal rayonu Nizami küçəsi 63-də yerləşən “Turan Bank”ın nəzdində olan lombardda işləyən Azər Sevindik oğlu Şıxverdiyevə bir gün saxlamaq adı ilə 14 840 manat və qızıl zinət əşyalarını verib. Sonradan A.Şıxverdiyev müxtəlif bəhanələr gətirərək həmin pulu və qızılı geri qaytarmayaraq mənimsəyib. Daha sonra A.Şıxverdiyev polis əməkdaşları tərəfindən saxlanılıb.

O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham olub.

Son xəbərlər

Orphus sistemi