Bakıda qadın və uşaq qarpızdan zəhərlənərək ölüb

Bakıda qadın və uşaq qarpızdan zəhərlənərək ölüb Hər iki faktla bağlı araşdırma aparılır
Hadisə
25 İyul , 2016 12:26
Bakıda qadın və uşaq qarpızdan zəhərlənərək ölüb

Bakı. 25 iyul. REPORT.AZ/ Bakıda azyaşlı qarpızdan zəhərlənərək ölüb.

"Report" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin rəsmi saytı məlumat yayıb.

Məlumata görə, iyulun 24-də Binəqədi rayonu ərazisində yaşayan azyaşlı Adil Həşimov qidadan (qarpız) zəhərlənmə ilə xəstəxanaya gətirilib və orada ölüb.

Oxşar hadisə paytaxtın Nizami rayonunda da qeydə alınıb. Həmin ərazidə yaşayan Marina Nəcmuddinova qarpızdan zəhərlənmə ilə xəstəxanaya aparılarkən yolda ölüb.

Hər iki faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi