​Bakıda qadın satıcı Mərkəzi Univermaqdan 50 min manatlıq qızıl oğurlayıb

​Bakıda qadın satıcı Mərkəzi Univermaqdan 50 min manatlıq qızıl oğurlayıb 9-cu Polis Bölməsinin əməkdaşları araşdırmaları davam etdirir
Hadisə
13 Avqust , 2015 12:35
​Bakıda qadın satıcı Mərkəzi Univermaqdan 50 min manatlıq qızıl oğurlayıb

Bakı. 13 avqust. REPORT.AZ/ Bakının Səbail rayonunda yerləşən Mərkəzi Univermaqdan oğurluq edilib. “Report”un xəbərinə görə, həmin univermaqda qızıl alqı-satqısı ilə məşğul olan Vidadi Rəhimov satış üçün nəzərdə tutulan dəyəri 50 min manat olan qızıl-zinət əşyalarının oğurlanması barədə polisə məlumat verib.

İlkin araşdırmalar zamanı qızılların Vidadi Rəhimovun satıcısı Sevda Qəhrəmanova tərəfindən götürüldüyü məlum olub.

Faktla bağlı Səbail Rayon Polis İdarəsinin (RPİ) 9-cu Polis Bölməsinin əməkdaşları araşdırmaları davam etdirir.

Son xəbərlər

Orphus sistemi