Bakıda qadın dörd həmcinsinə qarşı dələduzluq edib - SİYAHI

Bakıda qadın dörd həmcinsinə qarşı dələduzluq edib - SİYAHI Faktla bağlı araşdırma aparılır
Hadisə
5 Avqust , 2016 15:48
Bakıda qadın dörd həmcinsinə qarşı dələduzluq edib - SİYAHI

Bakı. 5 avqust. REPORT.AZ/ Bakı sakini olan qadın dələduzluqda ittiham olunur.

“Report” xəbər verir ki, bununla bağlı dörd nəfər - Bakı şəhər sakinləri 38 yaşlı Səbinə Əliyeva, 41 yaşlı Lyubov Kuzmina, 31 yaşlı Günay Tağıyeva və Ordubad rayon sakini 34 yaşlı Vəfa Süleymanova hüquq-mühafizə orqanlarına müraciət edib. Qadınlar müraciətlərində bildiriblər ki ki, 2015-ci ilin oktyabr-noyabr aylarında Bakı şəhər sakini 36 yaşlı Təranə Osmanlı onları aldadaraq S.Əliyevadan 51 min 620 manat, L.Kuzminadan 3 min avro və 3 min 300 ABŞ dolları, G.Tağıyevadan 10 min və V.Süleymanovadan 4 min manat dəyərində qızıl-zinət əşyaları alıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi