Bakıda qadın dəm qazından zəhərlənərək ölüb

Bakıda qadın dəm qazından zəhərlənərək ölüb Faktla bağlı Nəsimi rayon Prokurorluğunda araşdırma aparılır
Hadisə
27 Oktyabr , 2016 11:59
Bakıda qadın dəm qazından zəhərlənərək ölüb

Bakı. 27 oktyabr. REPORT.AZ/ Bakı sakini dəm qazından zəhərlənərək ölüb.

"Report"un məlumatına görə, Nəsimi rayonu Mirqasımov küçəsi ev 3, mənzil 43-də yaşayan 1969-cu il təvəllüdlü Sevinc Əliyeva hamam otağında dəm qazından zəhərlənərək ölüb.

Meyit aidiyyəti üzrə Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib.

Faktla bağlı Nəsimi rayon Prokurorluğunda araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi