​Bakıda polis avtomobili qəzaya uğrayıb, iki nəfər xəsarət alıb

​Bakıda polis avtomobili qəzaya uğrayıb, iki nəfər xəsarət alıb Yaralı polislər 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib
Hadisə
7 Noyabr , 2015 09:34
​Bakıda polis avtomobili qəzaya uğrayıb, iki nəfər xəsarət alıb

Bakı. 7 noyabr. REPORT.AZ/ Bakıda polis əməkdaşları avtomobil qəzasına düşüb. “Report”un xəbərinə görə, hadisə Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində baş verib.

Belə ki, Bakı sakini, 1990-cı il təvəllüdlü Yusif İbrahimov idarə etdiyi “KİA” markalı avtomobillə Sabunçu Rayon Mühafizə İdarəsinin (RMİ) polis əməkdaşı, serjant, 1989-cu il təvəllüdlü Kamran Həsənovun idarə etdiyi “Volkswagen Polo” markalı avtomobili arxadan vurub.

Qəza nəticəsində polis serjantı K.Həsənov və ekipaj üzvü, 1990-cı il təvəllüdlü Şahmar Abdullayev xəsarət alıb.

Yaralı polislər 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi