Bakıda polisə yalan məlumat verən qadın saxlanılıb

Bakıda polisə yalan məlumat verən qadın saxlanılıb Samirə Əliyeva ikinci dəfə ifadə verən zaman isə polisə yalan məlumat verdiyini etiraf edib
Hadisə
10 Noyabr , 2014 12:47
Bakıda polisə yalan məlumat verən qadın saxlanılıb
Bakı. 10 noyabr. REPORT.AZ/ Bakının Nəsimi rayonu ərazisində polisə yalan məlumat verən qadın saxlanılıb. Bu barədə "Report"a Nəsimi Rayon Polis İdarəsindən (RPİ) məlumat verilib.

Belə ki, noyabrın 9-da 1975-ci il təvəllüdlü vətəndaş Əliyeva Samirə Namiq qızı Daxili İşlər Nazirliyinin (DİN) "102" xidmətinə zəng vuraraq Nəsimi rayonu ərazisində yerləşən "Koala" parkında tanımadığı şəxsin hücumuna məruz qaldığını, bahalı mobil telefonunun və əl çantasının qarət olunduğunu bildirib. Nəsimi RPİ-nin 20-ci Polis Bölməsinə dəvət edilən S.Əliyevanın izahatı alınıb. Keçirilən əməliyyat nəticəsində zərərçəkən xanımın şikayəti əsasında Bakı şəhər sakini Bayramov İsmayıl Etibar oğlu saxlanılıb. İfadəsi zamanı isə İ.Bayramov  S.Əliyeva ilə 4 gün əvvəl internet vasitəsi ilə tanış olduğunu və hadisə günü onunla 70 manat müqabilində intim xidmət göstərəcəyi barədə razılığa gəldiyini bildirib. Nəsimi rayonunda yerləşən parkda baş tutan görüş zamanı isə İ.Bayramov və S.Əliyeva arasında mübahisə baş verib. Sonda İ.Bayramov qadının "xidmət"indən imtina edərək ərazidən uzaqlaşıb. Bu səbəbdən də S.Əliyeva qisas almaq məqsədi ilə DİN-in "102" xidmətinə zəng vuraraq bilərəkdən polisə soyğunçuluq barədə yalan məlumat verib. S.Əliyeva ikinci dəfə ifadə verən zaman isə polisə yalan məlumat verdiyini etiraf edib və hadisə günü qarət olunmadığını bildirib. Faktla bağlı S.Əliyeva barəsində 20-ci Polis Bölməsində toplanan materiallar araşdırılması üçün Nəsimi RPİ-yə göndərilib. Onun barəsində cinayət məcəlləsinin 296.1. (cinayət edilməsi haqqında bilə-bilə yalan xəbərçilik etmə) maddəsi ilə cinayət işi başlanılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Son xəbərlər

Orphus sistemi