​Bakıda polis əməkdaşının vurulması ilə nəticələnən yol qəzası baş verib

​Bakıda polis əməkdaşının vurulması ilə nəticələnən yol qəzası baş verib Sürücünün sərxoş olduğu müəyyən edilib
Hadisə
15 Noyabr , 2014 05:16
​Bakıda polis əməkdaşının vurulması ilə nəticələnən yol qəzası baş verib
Bakı. 15 noyabr. REPORT.AZ/ Bakının Nərimanov rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report" Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, hadisə noyabrın 14-də gecə saat 1 radələrində qeydə alınıb.

Məlumata görə, Nərimanov rayonunun Y.V.Çəmənzəminli küçəsində Qusar rayon sakini Elman Beybutov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə həmin ərazidə xidmət aparan Bakı BPİ DYPİ-nin əməkdaşı, polis kiçik serjantı Yaşar Qocalını vurub. Yaralı xəstəxanaya yerləşdirilib.

Sürücü saxlanılıb, onun sərxoş halda olması müəyyən edilib.

Nərimanov RPİ tərəfindən araşdırma aparılır.        

Son xəbərlər

Orphus sistemi