Bakıda piyadaların hərəkəti üçün qadağan olunan yerdən keçən qadını avtomobil vurub

Bakıda piyadaların hərəkəti üçün qadağan olunan yerdən keçən qadını avtomobil vurub Hadisə Xəzər rayonunda qeydə alınıb
Hadisə
22 Oktyabr , 2016 10:22
Bakıda piyadaların hərəkəti üçün qadağan olunan yerdən keçən qadını avtomobil vurub

Bakı. 22 oktyabr. REPORT.AZ/ Bakıda piyadaların hərəkəti üçün qadağan olunan yerdən keçən 30 yaşlı qadını avtomobil vurub.

"Report"un məlumatına görə, hadisə Xəzər rayonu, Qala qəsəbəsində qeydə alınıb. Burada avtomagistral yoldan keçən 1985-ci il təvvəllüdlü Dünyamalıyeva Pərvanə Vaqif qızını avtomobil vurub. Ağır bədən xəsarətləri alan P.Dünyamalıyeva xəstəxanaya çatdırılıb. Onun vəziyyəti ağır olaraq qalır.

Hüquq-mühafizə orqanlarının əməkdaşları faktla bağlı araşdırmalara başlayıb.

Son xəbərlər

Orphus sistemi