Bakıda piyada keçidində çayxana yanıb

Bakıda piyada keçidində çayxana yanıb Yanğın saat 00:49-da yanğınsöndürənlər tərəfindən söndürülüb
Hadisə
15 Yanvar , 2015 06:17
Bakıda piyada keçidində çayxana yanıb

Bakı. 15 yanvar. REPORT.AZ/ Bakı şəhəri, Səbail rayonunda Nəqliyyat Nazirliyinə məxsus (ümumi sahəsi 50 kv.m olan keçid) piyada keçidində ümumi sahəsi 30 kv.m olan fəaliyyət göstərməyən çayxananın taxtadan ibarət tavanı yanıb.

"Report" Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, keçid yanğından mühafizə olunub. Yanğın saat 00:49-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Son xəbərlər

Orphus sistemi