Bakıda özünü körpüdən atmaq istəyən şəxs ikinci dəfə xilas edilib

Bakıda özünü körpüdən atmaq istəyən şəxs ikinci dəfə xilas edilib Sözügedən şəxs noyabrın 13-də də intihara cəhd edib
Hadisə
2 Dekabr , 2014 21:47
Bakıda özünü körpüdən atmaq istəyən şəxs ikinci dəfə xilas edilib
Bakı. 2 dekabr. REPORT.AZ/ Paytaxt Bakıda növbəti intihar cəhdinin qarşısı alınıb.

"Report" xəbər verir ki, Bakı sakini Zamiq İbrahimov “Koroğlu” metrostansiyası yaxınlığındakı körpünün üzərinə çıxaraq ikinci dəfə intihara cəhd edib.

Hadisə yerinə cəlb olunan Fövqəladə Hallar Nazirliyinin əməkdaşları təhlükəsizlik tədbirləri gördükdən sonra, Z.İbrahimovla danışıqlar aparmağa başlayıblar və nəticədə onu ikinci dəfə niyyətindən döndərmək mümkün olub.

Sözügedən şəxs noyabrın 13-ü gecə saatlarında eyni yerdə intihara cəhd edib.

Son xəbərlər

Orphus sistemi