Bakıda özünü 15-ci mərtəbədən atmaq istəyən şəxs xilas edilib

Bakıda özünü 15-ci mərtəbədən atmaq istəyən şəxs xilas edilib Hadisə Xətai rayonunda baş verib
Hadisə
7 İyun , 2015 05:56
Bakıda özünü 15-ci mərtəbədən atmaq istəyən şəxs xilas edilib

Bakı. 7 İyun. REPORT.AZ/ Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonunda 1 nəfərin intihar məqsədilə tikilməkdə olan onbeşmərtəbəli binanın damına çıxması barədə məlumat daxil olub.

"Report" FHN-nin saytına istinadən xəbər verir ki, dərhal müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunublar. Xilasedicilər tərəfindən vətəndaşla aparılmış psixoloji söhbət nəticəsində intihara cəhdin qarşısı alınıb. İntihara cəhd edən şəxs aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 01:14-də başa çatıb.

Son xəbərlər

Orphus sistemi