Bakıda orta məktəblərdən birində kütləvi dava baş verib, şagirdin burnu sındırılıb

Bakıda orta məktəblərdən birində kütləvi dava baş verib, şagirdin burnu sındırılıb Faktla bağlı araşdırma aparılır
Hadisə
15 Oktyabr , 2015 13:55
Bakıda orta məktəblərdən birində kütləvi dava baş verib, şagirdin burnu sındırılıb

Bakı. 15 oktyabr. REPORT.AZ/ Bakı şəhəri, Səbail rayonu 160 saylı Klassik Gimnaziyasında 10 və 11-ci sinif şagirdləri arasında kütləvi dava baş verib.

Bu barədə “Report”a Səbail Rayonu Polis İdarəsindən bildirilib.

Hadisə nəticəsində gimnaziyanın 10-cu sinif şagirdi, 16 yaşlı Fərhad İlham oğlu Qasımov döyülüb. Onun burnu sındırılıb. F.Qasımov xəstəxanaya aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, 160 saylı Klassik Gimnaziya Təhsil Nazirliyinin 2013-cü ildə açıqladığı 2012-2013-cü il buraxılış imtahanlarının nəticələrinə görə orta məktəblərin reytinq siyahısında ikinci olub.

Son xəbərlər

Orphus sistemi