​Bakıda ölən xəstənin yaxınları həkimi döyüb

​Bakıda ölən xəstənin yaxınları həkimi döyüb Naməlum şəxslər daha sonra xəstəxananın qapısının şüşəsini sındırıblar
Hadisə
19 Yanvar , 2016 15:27
​Bakıda ölən xəstənin yaxınları həkimi döyüb

Bakı. 19 yanvar. REPORT.AZ/ 3 saylı Sabunçu Klinik Xəstəxanasında həkim xəstə yaxınları tərəfindən döyülüb.

“Report” xəbər verir ki, üç-dörd nəfər naməlum şəxs qohumlarının xəstəxanada ölməsinə etiraz edib. Həmin şəxslər daha sonra xəstəxananın həkimi, 50 yaşlı Sevda Hüseynovanı döyüblər.

Naməlum şəxslər daha sonra xəstəxananın qapısının şüşəsini sındırıblar.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin (RPİ) 12-ci Polis Bölməsində (PB) araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi