Bakıda oğurluqla məşğul olan şəxs saxlanılıb

Bakıda oğurluqla məşğul olan şəxs saxlanılıb O, mağazadan ətir və mobil telefonları gizli yolla oğurlayıb
Hadisə
4 Noyabr , 2014 13:03
Bakıda oğurluqla məşğul olan şəxs saxlanılıb

Bakı. 4 noyabr. REPORT.AZ/ Bakıda oğurluqla məşğul olan şəxs saxlanılıb. Bu barədə "Report"a Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən məlumat daxil olub.

Xətai Rayon Polis İdarəsi 34-cü Polis Bölməsi, Nizami Rayon Polis İdarəsi 25-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, Bakı şəhər sakini Vüqar Davudova məxsus Sarayev küçəsində yerləşən mağazadan ətir oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvəllər məhkum olunan 1973-cü il təvəllüdlü Vidadi Məhərrəmov tutulub. Şübhəli şəxs ətrafında keçirilən ilkin araşdırmalar zamanı məlum olub ki, o, oktyabrın 31-də Bakı şəhər sakini Rəfail İsrafilova məxsus Sarayev küçəsində və noyabrın 2-də Bakı şəhər sakini Vüsal Abdullayevə məxsus Nizami rayonu R.Rüstəmov küçəsində yerləşən mağazalardan da mobil telefonları gizli yolla oğurlayıb. 

Faktla bağlı  V.Məhərrəmov barəsində cinayət işi başlanılıb, araşdırmalar davam edir.

Son xəbərlər

Orphus sistemi