Bakıda mağazadan oğurluq edən şəxs kameraya düşüb - FOTO

Bakıda mağazadan oğurluq edən şəxs kameraya düşüb - FOTO O, sahibkara 4 min manata yaxın ziyan vurub
Hadisə
2 Aprel , 2015 04:15
Bakıda mağazadan oğurluq edən şəxs kameraya düşüb - FOTO

Bakı. 2 aprel. REPORT.AZ/ Bakının Suraxanı rayonunda mağazadan oğurluq edilib. "Report"un məlumatına görə, hadisə Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində Lətifə Nəbiyevaya məxsus ərzaq mağazasında qeydə alınıb.

Mağazaya daxil olan naməlum şəxs oradan tütün məmulatları və pul oğurlayıb. Hadisə zamanı obyekt sahibinə təxminən 4 min manata yaxın ziyan dəyib.

Qeyd edək ki, cinayəti törədən şəxsin oğurluq etdiyi anlar mağazada quraşdırılan kamera vasitəsi ilə anbaan qeydə alınıb.

Hadisə ilə bağlı Suraxanı Rayon Polis İdarəsi və 32-ci Polis Bölməsində araşdırma başlanılıb. Oğurluq edən şəxsin axtarışları davam etdirilir.

Son xəbərlər

Orphus sistemi