​Bakıda oğurluğa gələn şəxs marketin əməkdaşını bıçaqlayıb

​Bakıda oğurluğa gələn şəxs marketin əməkdaşını bıçaqlayıb Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır
Hadisə
9 Mart , 2016 13:14
​Bakıda oğurluğa gələn şəxs marketin əməkdaşını bıçaqlayıb

Bakı. 9 mart. REPORT.AZ/ Bakıda marketdən oğurluğa cəhd olub.

“Report”un məlumatına görə, hadisə martın 8-də baş verib.

Nəsimi rayonu, M.Qasımov küçəsində yerləşən “GrandMart”ın nəzarətçisi marketə oğurluğa gələn naməlum şəxsi tutub. Bu zaman naməlum şəxs nəzarətçinin hər iki əlinə bıçaqla xəsarət yetirərək hadisə yerindən qaçıb.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində (RPİ) araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi