Bakıda oğul anasını bıçaqlayıb

Bakıda oğul anasını bıçaqlayıb Faktla bağlı araşdırma aparılır
Hadisə
5 Fevral , 2016 12:44
Bakıda oğul anasını bıçaqlayıb

Bakı. 5 fevral. REPORT.AZ/ Bakı şəhəri, Qaradağ rayonunun Lökbatan qəsəbəsində oğul anasını bıçaqlayıb. “Report” xəbər verir ki, rayon sakini 39 yaşlı Elşən Ağayev 77 yaşlı anası Sifayə Ağayevaya bıçaqla kürək nahiyəsindən zərbə endirib.

S.Ağayeva xəstəxanaya yerləşdirilib.

Hadisəni törədən şəxsin ruhi xəstə olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi