Bakıda oğlan öz dostunu bıçaqlayıb - FOTO

Bakıda oğlan öz dostunu bıçaqlayıb - FOTO Kafedə yeyib içən Kərim Abbasov dostu Vüqar Əliyevlə mübahisə edib
Hadisə
22 Sentyabr , 2016 12:26
Bakıda oğlan öz dostunu bıçaqlayıb - FOTO

Bakı. 22 sentyabr. REPORT.AZ/ Bakıda dostlar arasında yaranan münaqişə bıçaqlanma ilə nəticələnib. 

"Report"un məlumatına görə, hadisə Binəqədi rayonunun Abay Kunanbayev küçəsində baş verib.

Belə ki, kafedə yeyib içən Kərim Abbasov dostu Vüqar Əliyevlə mübahisə edib. Mübahisə zamanı K.Abbasov cibindən çıxardığı bıçaqla dostuna iki zərbə vurub. Ağır yaralanan V.Əliyev xəstəxanaya çatdırlıb. Onun vəziyyəti ağır kimi qiymətləndirilir. 

K.Abbasov Binəqədi Rayon Polis İdarəsinin (RPİ) əməkdaşları tərəfindən saxlanılıb.

Son xəbərlər

Orphus sistemi