Bakıda kütləvi şəkildə intihara cəhd edən şəxslər xilas edilib - YENİLƏNİB-2

Bakıda kütləvi şəkildə intihara cəhd edən şəxslər xilas edilib - YENİLƏNİB-2 Həmin şəxslər Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinə aparılıb
Hadisə
10 Dekabr , 2014 18:25
Bakıda kütləvi şəkildə intihara cəhd edən şəxslər xilas edilib - YENİLƏNİB-2

Həmin şəxslər Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinə aparılıb

Bakı. 10 dekabr. REPORT.AZ/ Bakıda intihara cəhd etmək istəyən şəxslər xilas olunub. Bu barədə "Report"a Yasamal Rayon Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, onların sayı 5 yox, 6 nəfər olub.

Həmin şəxslər Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinə aparılıb.

***

Bakı. 10 dekabr. REPORT.AZ/ Bakıdakı intihar cəhdi ilə bağlı məlumatın yeni detalları məlum olub. Fövqəladə Hallar Nazirliyindən (FHN) "Report"a bildirilib ki, intihara cəhd edən şəxslərin sayı 5 nəfərdir. Onlar həmin binanın tikintisi zamanı fəhlə işləyən şəxslərdir. Fəhlələr əmək haqlarının verilməməsinə etiraz olaraq intihar edəcəklərini bildirirlər.

ilk xəbər saat 17:36-da verilib

Bakı. 10 dekabr. REPORT.AZ/ Bakıda növbəti intihara cəhd hadisəsi baş verib. Fövqəladə Hallar Nazirliyindən (FHN) "Report"a verilən məlumata görə, hadisə Səbail rayonu ərazisində, Daxili İşlər Nazirliyinin inzibati binasının yaxınlığında yerləşən 16 mərtəbəli binada qeydə alınıb. Binadakı mənzillərin birinin eyvanına çıxan şəxsiyyəti hələlik məlum olmayan iki kişi intihar edəcəyini bildirib. Hadisə yerinə FHN-nin xilasediciləri cəlb olunub. İntihar etmək istəyən şəxslərlə danışıqlar aparılır. Xilasedicilər onları fikrindən daşındırmağa çalışırlar.

Hadisə ilə bağlı əlavə məlumat veriləcək.

Son xəbərlər

Orphus sistemi