Bakıda naməlum kişi meyiti tapılıb

Bakıda naməlum kişi meyiti tapılıb Binəqədi Rayon Prokurorluğu tərəfindən istintaq davam edir
Hadisə
29 Avqust , 2016 13:20
Bakıda naməlum kişi meyiti tapılıb

Bakı. 29 avqust. REPORT.AZ/ Bakı şəhərində naməlum kişi meyiti tapılıb.

“Report”un məlumatına görə, hadisə Binəqədi rayonu, “Motodrom” yaşayış massivində qeydə alınıb.

Şəxsiyyəti məlum olmayan kişinin 30-35 yaşlarında olduğu ehtimal edilir.

Onun şəxsiyyətinin və ölüm səbəbinin müəyyən edilməsi üçün meyit Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Binəqədi rayon şöbəsinə göndərilib.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğu tərəfindən istintaq davam edir.

Son xəbərlər

Orphus sistemi