​Bakıda naməlum kişi meyiti tapılıb

​Bakıda naməlum kişi meyiti tapılıb Faktla bağlı Nizami Rayon Prokurorluğunda araşdırma aparılır
Hadisə
19 May , 2016 15:09
​Bakıda naməlum kişi meyiti tapılıb

Bakı. 18 may. REPORT.AZ/ Bakıda naməlum kişi meyiti tapılıb. “Report”un məlumatına görə, Nizami rayonu Keşlə qəsəbəsi, 1-ci Köndələn küçəsi, 23 ünvanında, 45-50 yaşlarında üzərində zoraklıq əlamətləri olmayan naməlum kişi meyiti aşkar olunub. 

Meyit ekspertiza olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə göndərilib.

Faktla bağlı Nizami Rayon Prokurorluğunda araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi