Bakıda müxtəlif şəxslərin 450 min manatını mənimsəyən qadının qardaşı məhkəmədə ifadə verib

Bakıda müxtəlif şəxslərin 450 min manatını mənimsəyən qadının qardaşı məhkəmədə ifadə verib "Mən də Əli Şahini bacımla tanış etdim, başqa heç nə bilmirəm"
Hadisə
19 May , 2016 12:43
Bakıda müxtəlif şəxslərin 450 min manatını mənimsəyən qadının qardaşı məhkəmədə ifadə verib

Bakı. 18 may. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Aygün Babaşovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

"Report"un məlumatına görə, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən qadının qardaşı Allahverdi Babaşov ifadə verib.

O, zərərçəkmiş Əli Şahin Kamal oğlunun qardaşının evində qaldığını bildirib: "Əli Şahinlə də həmin vaxt tanış oldum. O, ev almaq istədiyini dedi. Mən də Əli Şahini bacımla tanış etdim. Başqa heç nə bilmirəm".

Məhkəmənin növbəti prosesi mayın 26-na təyin edilib.

Qeyd edək ki, ittiham aktına əsasən, A.Babaşova 8 nəfərin etibarından sui-istifadə edərək ümumilikdə 450 min manat pulu dələduzluq yolu ilə əldə edib. O, həmin şəxslərə bildirib ki, onlarla birlikdə biznes quracaq.

A.Babaşova Cinayət Məcəlləsinin 178.3.2. külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham olunur.

Son xəbərlər

Orphus sistemi