Bakı. 20 mart. REPORT.AZ/ Bakının Sabunçu rayonunda minik avtomobili yol kənarındakı beton dirəyə çırpılıb.
“Report” xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin hadisə yerinə cəlb olunmuş qüvvələri xilasetmə işlərinə başlayıblar.
Xilasedicilər sıxılmış vəziyyətdə qalmış sürücünü avtomobildən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.