Bakıda “Milli Ön” terminalından oğurluq olub

Bakıda “Milli Ön” terminalından oğurluq olub Faktla bağlı araşdırmalar davam etdirilir
Hadisə
9 Mart , 2015 13:37
Bakıda “Milli Ön” terminalından oğurluq olub

Bakı. 9 mart. REPORT.AZ/ Bakının N.Nərimanov prospektində yerləşən “Komtec LTD” MMC-nin qarşısında quraşdırılmış “Milli Ön” terminalından 1430 manat oğurlanıb. “Report”un xəbərinə görə, məlumatı Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytı yayıb.

Yasamal Rayon Polis İdarəsinin (RPİ) 27-ci Polis Bölməsi (PB) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Abşeron rayon sakini Rəşad Süleymanov tutulub.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Son xəbərlər

Orphus sistemi