Bakıda mikroavtobus yanıb

Bakıda mikroavtobus yanıb Yanğın gecə saatlarında baş verib
Hadisə
20 Mart , 2016 08:23

Bakı. 20 mart. REPORT.AZ/ Gecə saatlarında Bakının Xətai rayonunda vətəndaşa məxsus mikroavtobusda yanğın baş verib.

“Report” Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, nəticədə "Mercedes" markalı mikroavtobusun mühərrikinin yanar hissələri və idarəetmə lövhəsi qismən yanıb.

Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 03:09-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Son xəbərlər

Orphus sistemi