Bakıda meyvə-tərəvəz köşkü yanıb

Bakıda meyvə-tərəvəz köşkü yanıb Yanğının evə keçməsinin qarşısı alınıb
Hadisə
26 Yanvar , 2015 09:13
Bakıda meyvə-tərəvəz köşkü yanıb

Bakı. 26 yanvar. REPORT.AZ/ Bakının Suraxanı rayonunda vətəndaşa məxsus ümumi sahəsi 10 kv.m olan meyvə-tərəvəz köşkündə yanğın baş verib. "Report" Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, köşkün dam örtüyünün yanar konstruksiyaları, bitişik taxtadan tikilmiş 6 kv.m olan tikili və 1 ədəd quraşdırılmış qaz sayğacının yanar hissələri yanıb. Bitişik ev yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Son xəbərlər

Orphus sistemi