Bakıda meyiti quyuya atılmış 4 yaşlı qızın ölüm səbəbi məlum olub - EKSKLÜZİV

Bakıda meyiti quyuya atılmış 4 yaşlı qızın ölüm səbəbi məlum olub - EKSKLÜZİV Bakıda meyiti quyuya atılmış 4 yaşlı qızın ölüm səbəbi məlum olub.
Hadisə
3 Fevral , 2022 12:04
Bakıda meyiti quyuya atılmış 4 yaşlı qızın ölüm səbəbi məlum olub - EKSKLÜZİV

Bakıda meyiti quyuya atılmış 4 yaşlı qızın ölüm səbəbi məlum olub.

"Report"un əldə etdyi məlumata görə, 2018-ci il təvəllüdlü Məryəmin meyiti ekshumasiya edilib.

Məlum olub ki, Məryəmin ölüm səbəbi onun qonşuluqda yaşayan, 1990-cı il təvəllüdlü Mehman Mansurov tərəfindən müxtəlif vaxtlarda döyülməsi olub. Uşağın öldüyünü görən M.Mansurov onu quyuya ataraq üzərinə torpaq töküb.

Qeyd edək ki, faktla bağlı Xəzər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (Qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.

Son xəbərlər

Orphus sistemi