Bakıda məşhur xəstəxananın həyətində dava düşüb, bir nəfər bıçaqlanıb

Bakıda məşhur xəstəxananın həyətində dava düşüb, bir nəfər bıçaqlanıb Faktla bağlı araşdırma aparılır
Hadisə
18 İyul , 2016 12:39
Bakıda məşhur xəstəxananın həyətində dava düşüb, bir nəfər bıçaqlanıb

Bakı. 18 iyul. REPORT.AZ/ Bakıda xəstəxanalardan birinin həyətində bıçaqlanma hadisəsi olub.

“Report”un xəbərinə görə, Yasamal rayonunun M.Həsənov küçəsi 1 ünvanında yerləşən akademik Mirqasımov adına Respublika Kliniki Xəstəxanasının həyətində 2003-cü il təvəllüdlü Talıblı Vasif Sumqayıt şəhər sakini 1999-cu il təvəllüdlü Kənan Xurşudova döş nahiyəsindən iki bıçaq zərbəsi vurub.

K.Xurşudov Respublika Kliniki Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi