Bakı. 26 sentyabr. REPORT.AZ/ Axşam saatlarında Bakının Nizami rayonunda 3 mərtəbəli "Neolit" şadlıq evinin mətbəxində yanğın baş verib.
"Report" Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, hadisə nəticəsində şaxtadan keçən elektrik kabeli 6 p.m yanıb.
Şadlıq evinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 20:17-də yanğınsöndürənlər tərəfindən söndürülüb.